21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
ABŞ dollarının zəifləməsi fonunda neft qiymətləri artıb
Tarix: 27-08-2021 11:25 | Bölmə: İqtisadiyyat
ABŞ dollarının zəifləməsi fonunda neft qiymətləri artıb

ABŞ dollarının zəifləməsi fonunda neft bahalaşmaqda davam edir. Bu ticarət həftəsi ərzində “qara qızıl” qiymətləri ötən ilin oktyabrından indiyədək rekord səviyyədə artım nümayiş etdirib.

“Prime” agentliyi xəbər verir ki, Bakı vaxtı ilə saat 09.41-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” markalı neftinin noyabr fyuçersləri 1,28 % bahalaşaraq, 1 bareli 71,08 ABŞ dollarına, oktyabr fyuçerslərinin qiyməti isə 1,41 % qalxaraq, 1 bareli 72,07 ABŞ dollarına satılıb. "WTI" markalı neftinin oktyabr fyuçerslərinin qiyməti 1,39 % bahalaşaraq, 1 bareli 68,36 ABŞ dolları təşkil edib.

Həftə ərzində “Brent” nefti 8,9 %, WTI isə 9,55 % bahalaşıb.

İndeksi 0,07% azalaraq, 93 bəndə düşən ABŞ dollarının zəifləməsi da “qara qızıl”ın qiymətlərinin artmasına dəstək verir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər