21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Daha 9 sahibkar cərimələnib - Siyahı
Tarix: 28-08-2021 15:32 | Bölmə: İqtisadiyyat
Daha 9 sahibkar cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il 27 avqust tarixində ölkə üzrə 400 ictimai iaşə obyektində 684 monitorinq keçirilib. Monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai‎rayonu, Telnov 41 ünvanında yerləşən, hüquqi şəxs “Brilliance” MMC-yə məxsus restoran;

2. Bakı şəhəri, Yasamal rayonu, Rahim 4 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ağaxan İxtiyar oğluna məxsus “Samovar” kafesi;

3. Bakı şəhəri, Nərimanov‎ rayonu, Nemətulla 49 Q, m 59 ünvanında yerləşən, fiziki şəxs Kazımova Könül Əliağa qızına məxsus kafe;

4. Bakı şəhəri, Nərimanov rayonu, X.Xoyski 109 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Rəfail Əlisahib oğluna məxsus kafe;

5. Bakı şəhəri, Xətai‎ rayonu, Əhmədli ştq, Hadi 1B ünvanında yerləşən, fiziki şəxs Abışov Rufan Qəzənfər oğluna məxsus kafe;

6. Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov 26 ünvanında yerləşən, fiziki şəxs Əliyev Eldəniz Mikail oğluna məxsus kafe;

7. Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar 30 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Elçin Gündüz oğluna məxsus “Chado Tea Longe” kafe;

8. Ağdam rayonu, İmamqulubəyli kəndində yerləşən, fiziki şəxs İsmayılov Elşən Vaqif oğluna məxsus restoran;




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər