Daha 12 sahibkar cərimələnib - Siyahı
Tarix: 04-09-2021 16:25 | Bölmə: İqtisadiyyat
Daha 12 sahibkar cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 403 ictimai iaşə obyektində 700 monitorinq keçirib.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub və nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb: 

1. Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda yerləşən, fiziki şəxs Əliyev Elton Pehruz oğluna məxsus restoran;

2. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Arif İbrahim oğluna məxsus “Dükan” kafe;

3. Bakı şəhəri, Sabunçu rayonu, Mehmandarov 139 ünvanında yerləşən, fiziki şəxs İsayev Azər Sabir oğluna məxsus "Barış" restoran;

4. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən, fiziki şəxs Məmmədov İsmayıl Cəbrayıl oğluna məxsus “La Terrace” restoran;

5. Bakı şəhəri, Nəsimi rayonu, Qış parkında yerləşən, fiziki şəxs Baqişov Zaur Mirbəşir oğluna məxsus restoran;

6. Bakı şəhəri, Nərimanov rayonu, Nemətulla 45a ünvanında yerləşən, fiziki şəxs Bayramlı Salman Kamal oğluna məxsus kafe;

7. Bakı şəhəri, Nizami rayonu, Rüstəmov 36 ünvanında yerləşən, fiziki şəxs Behbudov Bəxtiyar Qəzənfər oğluna məxsus kafe;

8. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəs., Babək 110h ünvanında yerləşən, fiziki şəxs Mirzəyeva Reqina İdrisovnaya məxsus restoran;

9. Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə 559 ünvanında yerləşən, fiziki şəxs Həsənov Tərlan Akif oğluna məxsus kafe;

10. Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində yerləşən, fiziki şəxs Abdullayev Kamil Aydın oğluna məxsus restoran;

11. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 83 ünvanında yerləşən, fiziki şəxs Samed Batuhan Çobana məxsus kafe;

12. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Kişiyev Rəhman Soltanağa oğluna məxsus "Park fırın" kafe.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}