21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycan iqtisadiyyatı ilə bağlı 3 illik proqnoz verilib
Tarix: 06-09-2021 17:38 | Bölmə: İqtisadiyyat
Azərbaycan iqtisadiyyatı ilə bağlı 3 illik proqnoz verilib

Bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) cari qiymətlərə həcmi 84,853 milyard manata (49,914 milyard ABŞ dollara) çatacağı gözlənilir.

Beynəlxalq Valyuta Fondu(IMF) xəbər verir ki, bu göstərici, 2020-ci ilin faktiki göstəricisindən 17,1 % çoxdur.

Azərbaycanda nominal ÜDM 2022-ci ildə 86,463 milyard manat (50,861 milyard ABŞ dolları), 2023-ci ildə isə 88,934 milyard manat (52,314 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır. Bu, muvafiq olaraq əvvəlki ilin proqnozu ilə müqayisədə 1,9 % və 2,9 % çoxdur.

IMF-in proqnozlarına görə, bu il Azərbaycanın real ÜDM-si ötən ilin faktiki göstəricisi ilə müqayisədə 2,3 % artaraq 29,213 milyard manata çatması gözlənilir.

Məlumata əsasən, 2022-ci ildə real ÜDM 29,708 milyard manat (əvvəlki ilin proqnoz göstəricisi ilə müqayişsədə 1,7 % çox), 2023-cü ildə isə 30,214 milyard manat (1,7 % çox) təşkil edəcəyi gözlənilir(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər