Azərbaycan 8 ayda 13 milyard dollar dəyərində məhsul ixrac edib
Tarix: 07-09-2021 11:22 | Bölmə: İqtisadiyyat
Azərbaycan 8 ayda 13 milyard dollar dəyərində məhsul ixrac edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ixracının dəyəri 13 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 1,6 milyard dollar təşkil edib.

Reyting.az
xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) məlumat yayıb.

Bildirilib ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 milyon dollar və yaxud 37,1% artıb. 2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım qeydə alınıb.

Qeyri-neft sektoru üzrə ixracda artım 95,3% təşkil etməklə 230,4 mln ABŞ dolları olub. 2021-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 53,1% artaraq 38,3 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 106,6% artaraq 192,1 milyon dollar təşkil edib.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}