Gələn ilin büdcə layihələri prezidentə təqdim olunacaq - Bu tarixədək
Tarix: 08-09-2021 19:09 | Bölmə: İqtisadiyyat
Gələn ilin büdcə layihələri prezidentə təqdim olunacaq

“Büdcə sistemi haqqında” qanuna əsasən, dövlət və icmal büdcələrinin layihələri, eləcə də sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri sentyabrın 15-nə qədər Nazirlər Kabinetinə, 25-nə qədər isə ölkə prezidentinə təqdim ediləcək.

Bunu Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib.

"Növbəti addım olaraq, "2022-ci il üzrə dövlət büdcəsi haqqında" qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə oktyabrın 15-dən gec olmayaraq, Konstitusiyanın 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim ediləcək"




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}