21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Nazirlik mobil rabitə operatorlarının lisenziyalarının müddətini uzadıb
Tarix: 09-09-2021 12:00 | Bölmə: İqtisadiyyat
Nazirlik mobil rabitə operatorlarının lisenziyalarının müddətini uzadıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Azercell Telecom” MMC, “Bakcell” MMC və “Azerfon” MMC arasında 10 il müddətinə müvafiq lisenziya müqavilələri bağlanıb.

Reyting.az
nazirliyə istinadən xəbər verir ki, bu müqavilələrə sellülar (mobil) rabitə xidmətləri (2G(GSM), 3G(UMTS) və 4G(LTE) texnoloji standartları) fəaliyyət növü üzrə lisenziyalar daxildir.

Mobil rabitə operatorlarına müvafiq lisenziyaların verilməsi onların öz abunəçilərinə yeni nəsil texnologiyalarından və texnoloji standartlardan istifadə etməklə daha səmərəli, keyfiyyətli və peşəkar xidmət göstərməsinə imkan yaradacaq.

Bununla yanaşı, lisenziya müqavilələrinin bağlanması ölkəmizdə dayanıqlı və təhlükəsiz rəqəmsal infrastrukturun inkişaf etdirilməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edəcək.

1996-cı ildən mobil rabitə operatorları fəaliyyətlərini müvafiq lisenziyalar əsasında həyata keçirir. Belə ki, “Azercell Telecom” və “Bakcell” həmin il, “Azerfon” isə 2005-ci ildə bazara daxil olaraq sellülar (GSM mobil) rabitə xidmətləri üzrə lisenziyaya uyğun olaraq telekommunikasiya xidmətləri göstəriblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər