21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Mikayıl Cabbarov: “Türkdilli ölkələr pandemiya dövründə də bir-birinə dəstək verib”
Tarix: 10-09-2021 11:18 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov: “Türkdilli ölkələr pandemiya dövründə də bir-birinə dəstək verib”

“Türk Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi əhəmiyyətlidir”.

Bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ortaq dəyərlərə malik türk dövlətləri koronavirus pandemiyası dövründə də bir-birinə dəstək verib:

"Bu gün pandemiyanın iqtisadiyyatımıza təsirinin azaldılması istiqamətində müzakirələr aparırıq”.

Bundan başqa, M.Cabbarovun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında türkdilli ölkələr və Macarıstanın ticarət dövriyyəsinin dəyəri 2,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ümumi dövriyyənin 15%-i deməkdir”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər