21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bu obyeklərdə pozuntular aşkarlanıb - Siyahı
Tarix: 10-09-2021 17:13 | Bölmə: İqtisadiyyat
Bu obyeklərdə pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 396 ictimai iaşə obyektində 682 monitorinq keçirib.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu, 28 Mall-da yerləşən, hüquqi şəxs "Panchos Mexicana" MMC-yə məxsus "Zirinc" restoran;

2. Bakı şəhəri, Nəsimi rayonu, Ə. Topçubaşov küçəsi 23 ünvanında yerləşən, fiziki şəxs Əliyev Baba Rəvayət oğluna məxsus kafe;

3. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh kardioloji sanatoriyasında yerləşən, fiziki şəxs Musayev Rəşad Müsənnif oğluna məxsus “Happy Days” kafes;

4. Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, B.Əliyev 18 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Murad Şirzad oğluna məxsus kafe;

5. Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, B.Əliyev 18 ünvanında yerləşən, fiziki şəxs Həsənov Adil İbrahim oğluna məxsus “Xəzri” restoran;

6. Bakı şəhəri, Qaradağ rayonu, Bakı Salyan şosesi 14 km-liyində yerləşən fiziki şəxs İsmayılova Xatirə Əhməd qızına məxsus çay evi;

7. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 3 ünvanında yerləşən hüquqi şəxs "Şah-Ət" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;

8. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 3v ünvanında yerləşən hüquqi şəxs "ROBOCHEF" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “ROBOCHEF” restoran;

9. Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə 2 ünvanında yerləşən hüquqi şəxs "Fbco" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Gloria Jeans Coffees" kafe.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər