21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ermənistan sonuncu pillədədir
Tarix: 13-09-2021 21:10 | Bölmə: İqtisadiyyat
Ermənistan sonuncu pillədədir

Ərzaq təminatına görə Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) sonuncu yerdədir.

Reyting.az
xəbər verir ki, ÜDM-də ən çox kənd təsərrüfatı payına sahib olan Ermənistan (13,3%), ən aşağı ərzaq təminatına malikdir. Belarus isə özünü ən çox təmin edən ölkədir (demək olar ki, 90%).

Aİİ-yə üzv ölkələrin kənd təsərrüfatı dövriyyəsində təxminən 315 milyon hektar torpaq sahəsi mövcuddur və ümumi bazarın təxminən 183 milyon istehlakçısı var.

Üzv ölkələr arasında kənd təsərrüfatının ÜDM-də ən böyük payı Ermənistana (13,3%) və Qırğızıstana aiddir (12,3%).

Belarusda bu rəqəm təxminən 8%, Qazaxıstanda 4,3%, Rusiyada 4%-dir.

Aİİ müəyyən kənd təsərrüfatı məhsullarının ixracında lider mövqe tutur.

Birliyə üzv dövlətlər öz istehsalı ilə buğda, bitki yağı, yumurta və şəkərə olan daxili tələbatı tam ödəyirlər.

Yaxın gələcəkdə quş əti, donuz əti, süd, həmçinin meyvə və giləmeyvə ilə özünü təmin etməsi gözlənilir.

Qida ilə özünü təmin etməyin ən yüksək səviyyəsinə Belarus sahibdir (89,7%). Sonra
Rusiya (88,2%) və Qazaxıstandır (83,8%). Ermənistanda isə özünü təmin etmə səviyyəsi 72,9%-dir.

2021-ci ilin birinci yarısında Aİİ-yə üzv ölkələr tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi 33,7 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.

Aİİ ölkələrində kənd təsərrüfatı məhsullarının istehsalında ən yüksək artım Ermənistanda qeydə alınıb - 6,4%.

Müqayisə üçün Qazaxıstanda bu göstərici 3,2%-dir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər