21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycana xarici investisiyaların həcmi kəskin artıb
Tarix: 14-09-2021 11:57 | Bölmə: İqtisadiyyat
Azərbaycana xarici investisiyaların həcmi kəskin artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,636 mlrd. ABŞ dolları təşkil edib.

Mərkəzi Bankın verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% çoxdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8% təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-367,6 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (2 182 mln. dollar) kapitalın repatriasiyası (2 549,6 mln. dollar) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 453,7 mln. dollar (38,1% artım) olub.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4,5 mlrd. dollar (5,9% artım) olunub/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər