21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bu bitkilər sığortalanacaq - Subsidiyaya görə
Tarix: 15-09-2021 10:50 | Bölmə: İqtisadiyyat
Bu bitkilər sığortalanacaq - Subsidiyaya görə

Azərbaycanın kənd təsərrüfatı sektorunda subsidiyalarının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı təsdiqlənib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, qarşıdakı mövsümdə sözügedən tələb 7 bitkiyə aid olacaq. Bunlar - arpa, buğda, çəltik, qarğıdalı, fındıq, çay və limondur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər