21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İqtisadçı: "Nə üçün neft ölkəsi olan Azərbaycanda bu markalı benzinlər istehsal olunmur?"
Tarix: 15-09-2021 12:04 | Bölmə: İqtisadiyyat
İqtisadçı: "Nə üçün neft ölkəsi olan Azərbaycanda bu markalı benzinlər istehsal olunmur?"

15 sentyabr tarixindən Azərbaycanda “Aİ-95” ("Premium") və “Aİ-98” ("Super") markalı benzinin qiymətlərində bahalaşma baş verib. “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 1,45 manatdan 1,6 manata, “Aİ-98” markalı benzinin qiyməti isə 1,6 manatdan 1,9 manata qədər yüksəlib.

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya qiymət artımı ilə bağlı açıqlamasında bildirib ki, 95 və 98 markalı benzin Azərbaycanda istehsal olunmur və əsas müzakirə olunmalı məsələodur ki, nə üçün neft ölkəsi olan Azərbaycanda bu markalı benzinlər istehsal olunmur:

“Bir neçə il öncə bu markalı benzinlərin qiymətinin dövlət tərəfindən tənzimlənməsinə son verilib. Yəni, Tarif Şurasının nəzarətindən çıxarılıb. Rəsmi açıqlamalara görə, həmin markalı benzinlərin qiyməti hazırda sərbəst bazarda formalaşmalı idi. Lakin bu da baş vermir.

SOCAR-ın törəmə şirkətləri həmin növ benzinləri Azərbaycana gətirən yeganə şirkətlərdir. Həmin benzinlərin Azərbaycana gətirilərək, pərakəndə satışını yalnız bir şirkət həyata keçirdiyi üçün qiymətlər qalxır və istədikləri kimi qiyməti qaldıra bilirlər. Bu markalı benzinlərin dövlət tənzimlənmə mexanizləri də yoxdur. Sabah, 5 gün sonra yenidən neftin qiymətinin bahalaşmasını bəhanə gətirərək, qiymətləri qaldıra bilərlər. Bu dövlət yox, SOCAR tərəfindən edilir.

Bu, bazarın doğru çalışmadığının sübutudur. Ölkədə başqa şirkətlər, rəqabətli mühit, xaricdən gələn onlarla şirkətin daxili bazarda rəqabətini görsəydik, bəlkə də belə sürətli qiymət artımını müşahidə etməzdik. Amma təssüf ki, bazarda bir oyunçu var. O da qiyməti bazara diktə edir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər