Baş nazirin müavini: “İranla əlaqə kəsilməyəcək”
Tarix: 16-09-2021 20:04 | Bölmə: İqtisadiyyat
Baş nazirin müavini: “İranla əlaqə kəsilməyəcək”

“İrandan Ermənistana yük daşımaları dayanmayacaq”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Suren Papikyan bildirib.

“Malların və respublikanın istənilən nöqtəsinə çatdırmağın başqa yolları da var”, - deyən Baş nazirin müavininin sözlərinə görə, Ermənistan İran üçün vacib tranzit nöqtəsi olaraq qalmağa davam edəcək.

Azərbaycanlılar tərəfindən yaradılan polis müşahidə məntəqəsinin Gorus-Qafan avtomobil yolu hissəsində qalıb-qalmayacağı ilə bağlı suala Papikyan, məsələnin Azərbaycan ərazisinə aid olduğunu, bundan sonra qərarın Bakıda verilməsinin lazım olduğunu söyləyib:

“Azərbaycan ərazisində fəaliyyət göstərən polis məntəqələri onların narahatlığıdır. Burada, bu hesabla bağlı heç bir qərar verə bilmərik. Ermənistan və Azərbaycanda bu ərazidə heç bir demarkasiya və delimitasiya yox idi. Buna baxmayaraq, keçmiş Sovet Ermənistanı və Sovet Azərbaycanı ərazisindən keçən yol artıq təsvir edilib".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər