Azərbaycanlı ABŞ-ın neft şirkətində yüksək vəzifəyə təyin olunub - Fotolar
Tarix: 17-09-2021 13:09 | Bölmə: İqtisadiyyat
Azərbaycanlı ABŞ-ın neft şirkətində yüksək vəzifəyə təyin olunub

Amerikanın Neft-Qaz nəhəngi “Baker Hughes Servıces Internatıonal LLC" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə yeni rəhbər təyin edilib. Reyting.az xəbər verir ki, bu vəzifəyə şirkətin Rusiya Xəzər regionu üzrə komplayns direktoru Zaur Allahverdizadə təyinat alıb.

Xatırladaq ki, Zaur Allahverdizadə bu təyinata qədər həmin şirkətin Azərbaycan və Gürcüstan üzrə hüquqşünası, daha sonra isə “Rapid Soluşns” şirkətində hüquq və komplayns üzrə menecer vəzifələrində çalışıb.

Qeyd edək ki, Z. Allahverdizadə Vəkillər Kollegiyasının üzvü olmaqla yanaşı həm də Amerika Ticarət Palatasının Hüquq və Komplayns Komitəsinə rəhbərlik edir.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin məzunu olan Z. Allahverdizadə hal-hazırda Polis Akademiyasında Cinayət hüququ üzrə doktorantura təhsili alır.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}