12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazirlik yoxlamaları tamamilə dayandırıb - Qaydalar
Tarix: 29-01-2018 13:36 | Bölmə: İqtisadiyyat
Nazirlik yoxlamaları tamamilə dayandırıb

Vergilər Nazirliyi biznes sektorunda yoxlamaları tamamilə dayandırıb.

Reyting.az xəbər verir ki, bu barədə trend-ə hökumətdəki mənbədən məlumat daxil olub. Məlumatda qeyd olunur ki, yoxlamaların dayandırılması nazirlikdəki rəhbər dəyişikliyindən sonra aparılan struktur və kadr islahatları ilə bağlıdır. Kadr dəyişikliyi vergi yoxlamalarını aparan şəxslərə də təsir edib.

Hazırda vergi yoxlamalarına kurasiya nazirin müavini İlkin Vəliyevə keçib. Bununla belə, kurator olmasına baxmayaraq, heç bir yoxlama aparılmır.

Qeyd edək ki, ötən ilin dekabrında Mikayıl Cabbarov vergilər naziri təyin edilib.

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb, amma bu, illik dövriyyəsi 120 min manatdan çox olan şirkətlərə şamil olunmur. Həmçinin moratorium illik dövriyyəsi 120 min manatdan az olan bir sıra şirkətlərdə aparılan vergi yoxlamalarına aid deyil.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər