18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Hökumət toyuq ətinin idxalı ilə bağlı güzəştin müddətini uzadıb
Tarix: 30-12-2021 11:16 | Bölmə: İqtisadiyyat
Hökumət toyuq ətinin idxalı ilə bağlı güzəştin müddətini uzadıb

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Reyting.az
xəbər verir ki, qərara əsasən, güzəştlər bu ilin sonundan 2023-cü ilin sonunadək uzadılıb və bununla bağlı idxal olunan toyuqlar və onların hissələrinin 1 kq-na 1 ABŞ dolları gömrük rüsumu tətbiq ediləcək.

Bundan öncə bu məhsulların 1 kq-na 15 %-lik idxal gömrük rüsumu tətbiq edilirdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər