“Galina Blanca” Rusiyadan gedir
Tarix: 31-12-2021 12:41 | Bölmə: İqtisadiyyat
“Galina Blanca” Rusiyadan gedir

Tezbişən ərzaqların istehsalı ilə məşğul olan “GBFoods” şirkətinin dünyaca məşhur “Galina Blanca” brendi Rusiya bazarını tərk etmək qərarına gəlib.

“Kommersant” qəzetinin yazdığına görə “GBFoods”un Nijeqorodskidə yerləşən müəssisələrini Nepalın “CG Foods” şirkəti satın alacaq. Bu sövdələşmənin dəyəri 1-1,5 milyard rubl məbləğində ölçülür. Ekspertlər hesab edir ki, brendin yerli bazardan getməsinin səbəbi 2020-ci ildə ölkədəki qeyri-sabit iqtisadi vəziyyətlə bağlı şirkətə edilən təzyiqlər, valyuta kurslarının oynaması ucbatından idxal məhsullarının bahalaşması və bunun nəticəsində də gəlirin kəskin azalmasıdır.

Qəzetin hesablamalarına görə, Karulya ispan ailəsinə məxsus “GBFoods”un Rusiyadakı müəssisələrinin gəliri ötən il 6 faiz azalıb, yəni şirkət 1,52 milyard rubl ziyana gedib.

Xəbərdə həmçinin deyilir ki, Federal Antimonopoliya Xidməti yuxarıda göstərilən alqı-satqı ilə bağlı müraciəti təmin edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}