13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Gürcüstan Azərbaycana ixracı artırıb
Tarix: 02-01-2022 09:33 | Bölmə: İqtisadiyyat
Gürcüstan Azərbaycana ixracı artırıb

Gürcüstan 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycana ixracını ötən ilin eyni dövrü ilə müqayisədə (399,6 milyon dollar) 21,6 faiz artıraraq 488,3 milyon dollara çatdırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsindən bildirilib.

Göstərilən dövrdə dəyərinə görə beş ən yaxşı ixrac məhsulları aşağıdakılardır:

- nəqliyyat avadanlığı - 248,3 milyon dollar;

- sənaye avadanlıqları - 85,4 milyon dollar;

- qida məhsulları və içki - 59,6 milyon dollar;

- istehlak malları - 57,5 milyon dollar;

- sənaye məhsulları - 31 milyon dollar.

Azərbaycan 2021-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan idxal edən ölkələr arasında üçüncü yeri tutub. Eyni zamanda, Gürcüstanın ixracında Azərbaycanın payı 12,8 faiz təşkil edib.

Göstərilən dövrdə Gürcüstanın ixracı 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə (3,01 milyard dollar) 26,7 faiz artaraq 3,8 milyard dollara çatıb.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}