18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Qazaxıstanda yanacağın bahalaşmasına etirazlar var
Tarix: 03-01-2022 11:08 | Bölmə: İqtisadiyyat
Qazaxıstanda yanacağın bahalaşmasına etirazlar var

Manqustau vilayətinin cənub-qərbindəki Janaozen şəhərinin sakinləri təbii qazın qiymətinin artmasına etiraz olaraq nümayişə çıxıblar.

TASS-ın yaydığı məlumatda deyilir ki, Qazaxıstan prezidenti Qasım-Jomerd Tokayev hökumətə Janaozendə yaranmış problemi təcili həll etməyi tapşırıb.

Dövlət başçısı bu gün səhər bəyan edib ki, hökumət təcili olaraq Manqustau vilayətinin Janaozen şəhərindəki vəziyyəti analiz etməli və sakinlərin tələbi nəzərə alınmalıdır.

Nümayişə çıxan etirazçıların agentliyə dediklərinə görə, yanvarın 1-dən bir litr sıxılmış qazın qiyməti 120 tenqeyə (0,27 dollar) qədər artıb və onlar qiyməti 60 tenqeyə endirməyi tələb edirlər.

Dövlət başçısı bir əyalətdə yaşanan gərginliklə bağlı özünün “Twitter” səhifəsində bunları yazıb: “Hökumətə Janaozendəki şəraiti dərhal öyrənməyi və problemi hüquqi müstəvidə, iqtisadi məqsədəuyğunluq nəzərə alınmaqla həll etməyi tapşırdım. Nümayişçilər isə heç bir halda ictimai asayişi pozmamalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər