18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Şimali Qazaxıstanda spirtli içkilərin satışı qadağan edilib
Tarix: 06-01-2022 16:50 | Bölmə: İqtisadiyyat
Şimali Qazaxıstanda spirtli içkilərin satışı qadağan edilib

Qazaxıstan Respublikasının Şimali Qazaxıstan vilayətində alkoqollu içkilərin satışı qadağan edilib.

“Kazinform” xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin rəisi və vilayətin komendantı Marat Tulebayev sakinlərə müraciətində deyib.

Yanvarın 5-dən 19-dək bölgədə fövqəladə vəziyyət rejimi elan olunduğunu xatırladan komendant zərurət olmadığı təqdirdə insanları evlərini tərk etməməyə çağırıb.

Onun sözlərinə görə, silah dükanları da bağlanıb və silah satışı qadağan olunub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər