18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
"Azəriqaz": “Neftli torpaqdakı evlərin qazlaşdırılması üçün ərazinin təyinatı dəyişdirilməlidir"
Tarix: 07-01-2022 11:36 | Bölmə: İqtisadiyyat
"Azəriqaz": “Neftli torpaqdakı evlərin qazlaşdırılması üçün ərazinin təyinatı dəyişdirilməlidir"

“Azərbaycanda neftli torpaqlarda tikilmiş evlərin qazlaşdırılması sual altındadır”.

Bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov deyib.

“Həmin evlərin qazlaşdırılması üçün onların yerləşdiyi ərazilərin təyinatı dəyişdirilməlidir. Yəni insanlar gözləməlidir ki, həmin ərazi plana düşsün, daha sonra isə “ASAN Kommunal” mərkəzlərinə müraciət edib, lisenziyası olan podratçı şirkətlərlə bu məsələni öz hesablarına həll edə bilərlər. Yəni vətəndaşlara şərait yaradılıb ki, onlar öz vəsaitləri hesabına qazlaşdırma həyata keçirə bilsinlər. Ümumilikdə isə qazlaşdırma plana uyğun həyata keçirilir", - deyə o, qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər