18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Yeni qaz kəməri Avropada ciddi narahatlıq yaradıb
Tarix: 08-01-2022 18:38 | Bölmə: İqtisadiyyat
Yeni qaz kəməri Avropada ciddi narahatlıq yaradıb

Britaniyanın “Telegraph” qəzetinin şərhçisi Reyçel Millard Rusiya və Çinin “Sibirin gücü-2” adlı yeni qaz kəmərinin inşası ilə bağlı razılığa gəlməsinin Avropanı narahat etdiyini bildirib.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, siyasi icmalçının yazdığına görə, Moskvanın və Pekinin Asiyaya xammal tədarükünü ikiqat artırmaq səyləri son aylar “Şimal axını-2” layihəsi ətrafında mübahisələrə başları qarışmış Brüssel və Londonun gözündən yayınıb. Çindən keçəcək yeni magistralın gücü ildə 50 milyard yanacaq daşınmasına bərabər olacaq.

Qərbin bir çox ekspertləri əmindirlər ki, bu layihənin reallaşması Rusiyanın dünya bazarında manevr imkanlarını artıracaq və Avropanın enerji müstəqilliyinə təsir göstərəcək.

Məqalədə o da qeyd olunur ki, Çindəki mövcud qaz marşrutları xammalı Şərqi Sibirdəki yataqlardan alır, intəhası, həmin kəmərlər Avropanı təbii yanacaqla təchiz edən Yamala rayonundakı enerji ehtiyatlarına birləşdirilə bilər.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər