18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
EBRD ötən il Azərbaycana 34 milyon avro investisiya yatırıb
Tarix: 10-01-2022 16:44 | Bölmə: İqtisadiyyat
EBRD ötən il Azərbaycana 34 milyon avro investisiya yatırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ötən il Azərbaycanda 8 layihəyə 34 milyon avro investisiya yatırıb.

EBRD xəbər verir ki, bu, 2020-ci illə müqayisədə müvafiq olaraq 2 layihə və 2 dəfə çoxdur.

Qeyd edək ki, EBRD-inin Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı yenidən artaraq 2015-2017-ci illərdəki (hər il 9 layihə) göstəriciyə yaxınlaşıb.

Xatırladaq ki, EBRD bu günə qədər Azərbaycanda 178 layihəyə ümumilikdə 3,305 milyard avro investisiya yatırıb. EBRD-nin investisiya portfelində özəl sektorun payı 12 %-dir.

Hazırda EBRD-inin Azərbaycan üzrə portfelində 34 aktiv layihə var. Bu layihələr üzrə portfel isə 801 milyon avro təşkil edir. Bunun 88 %-i və ya 709 milyon avrosu infrastruktur layihələrinə, 9 %-i və ya 73 milyon avrosu sənaye, ticarət və aqrobiznesə, 3 %-i və ya 20 milyon avro isə maliyyə institutlarının payına düşüb

EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər