18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Yetkinlik yaşına çatmayanlara siqaret satanlar ümumilikdə 133 min manat cərimələnib
Tarix: 11-01-2022 16:01 | Bölmə: İqtisadiyyat
Yetkinlik yaşına çatmayanlara siqaret satanlar ümumilikdə 133 min manat cərimələnib

Ötən il yetkinlik yaşına çatmayanlara tütün satan 270 şəxs cərimələnib.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, ümumilikdə, 2021-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3 422, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 270 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.

Tətbiq edilmiş cərimələr 133 140 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər