18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Avtodaşıyıcılara “İcazə blankı” almaq üçün bu ayın sonunadək vaxt verilib
Tarix: 12-01-2022 12:02 | Bölmə: İqtisadiyyat
Avtodaşıyıcılara “İcazə blankı” almaq üçün bu ayın sonunadək vaxt verilib

2022-ci il üçün Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik icazələrinin milli avtodaşıyıcılar arasında yekun bölgüsü başa çatıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bölgüyə əsasən daşıyıcılar onlara ayrılmış “İcazə blankları”nı bu ayın sonuna qədər təhvil ala bilərlər.

“İcazə blankları”nın avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcılar arasında bölüşdürülməsi prosesini ictimai iştirakçılığın təmin edilməsi məqsədilə Xüsusi Komissiya həyata keçirib. Belə ki, Xüsusi Komissiya Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası nəzdində fəaliyyət göstərir və onun işində dövlət orqanı, assosiasiya və daşıyıcıların nümayəndələri iştirak edirlər.

Daşıyıcılar icazə blankları almaq üçün avtonəqliyyat vasitələrinin mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlərin, ekoloji sertifikatın surətlərini və avtomobili idarə edəcək sürücülərin əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasını təsdiq edən sənədi Xüsusi Komissiyaya təqdim edirlər. Xüsusi Komissiyanın apardığı bölgüyə əsasən daşıyıcılara tələbatlarına uyğun sayda “İcazə blankları” ayrılır.

Məqsəd avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılması və inhisarçılığın qarşısının alınmasıdır. Həmçinin beynəlxalq avtomobil daşımaları bazarına çıxışın tənzimlənməsində Azərbaycanın da qoşulduğu Avropa Nəqliyyat Nazirləri Konfransının Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin icrasına nail olmaqdır.

“İcazə blankları”nın bölgüsü prosesinin təkmilləşdirilməsi azad rəqabət mühitinin inkişaf etdirilməsi, daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasına şərait yaradır.

“İcazə blankları” ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər