18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
DSMF ünvanlı dövlət sosial yardım alanlara xəbərdarlıq edib
Tarix: 12-01-2022 19:34 | Bölmə: İqtisadiyyat
DSMF ünvanlı dövlət sosial yardım alanlara xəbərdarlıq edib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) ünvanlı dövlət sosial yardım alanlara xəbərdarlıq edib.

Fondun sosial ödənişlər departamentinin müdiri Rasim Səfərov bildirib ki, ünvanlı dövlət sosial yardımının məbləği ailə tərəfindən ardıcıl gələn 2 ay müddətində kart hesabından götürülmədikdə, elektron sistem tərəfindən sosial yardımın verilməsi dayandırılır:

"Daha sonra isə ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır. Aztəminatlı ailənin ödənilmiş sosial yardımdan istifadə etməməsi, həmin ailənin sosial yardıma ehtiyacının olmaması kimi qiymətləndirilir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər