Azərbaycanda ətin qiyməti qaldırılıb
Tarix: 14-01-2022 16:12 | Bölmə: İqtisadiyyat
Azərbaycanda ətin qiyməti qaldırılıb

Azərbaycanda mal və quzu əti bahalaşıb.

Reyting.az
qaynarinfo.az-a istinadla xəbər verir ki, yanvar ayının ilk on günlüyündən Bakıda mal ətinin bir kiloqramı 13-14 manata satılır. Əvvəllər isə mal ətinin bir kiloqramı 10.5-11 manata satılıb.

Bir kiloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arasıdır.

Bakıda ət satışı ilə məşğul olan bir neçə məntəqədə aparılan monitorinq zamanı mal və quzu ətinin qiymətinin qalxdığını satıcılar da təsdiqləyiblər.

Satıcılar qiymət artımını mal və quzu ətinin topdansatış qiymətinin qalxması ilə əlaqələndiriblər.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}