18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
ABŞ Avropaya qaz nəql etməyi düşünür
Tarix: 15-01-2022 12:52 | Bölmə: İqtisadiyyat
ABŞ Avropaya qaz nəql etməyi düşünür

Ağ Ev beynəlxalq enerji şirkətləri ilə, Rusiya-Ukrayna münaqişəsi baş verəcəyi təqdirdə, Avropaya təbii qazın nəqlini müzakirə edib.

Reyting.az
-ın məlumatına görə, “Reuters” agentliyinin məlumatda qeyd olunur ki, məsləhətləşmələr ABŞ Dövlət departamentinin enerji təhlükəsizliyi məsələləri üzrə böyük müşaviri Eymos Xokstinin rəhbərliyi ilə aparılıb. Onlar Rusiya və Ukrayna arasında münaqişənin alovlanacağı halda Avropadakı müttəfiqlərə qazın çatdırılmasının mümkün planlarını müzakirə ediblər.

Ağ Evdən agentliyə ötürülən məlumatda daha sonra deyilir: “Biz beynəlxalq enerji şirkətləri ilə hamımızı narahat edən suallar və fölqəladə vəziyyətdə atacağımız birgə addımlar ətrafında danışdıq”.

Məlumata görə, Amerikanın xarici siyasət idarəsinin nümayəndələri, əgər tələb olunarsa, şirkətlərin qazın həcmini necə artıracaqları ilə yaxından maraqlanıblar. Buna cavab olaraq şirkətlərin təmsilçiləri diplomatlara izah ediblər ki, dünyada qaz hasilatı və tədarükü məhduddur və Avropaya Rusiyadan nəql olunan həcmdə təbii qazı əvəzləmək heç də asan olmayacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər