18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Çin lideri: “Dünya iqtisadiyyatı böhrandan çıxmaq üzrədir, lakin..."
Tarix: 17-01-2022 16:13 | Bölmə: İqtisadiyyat
Çin lideri: “Dünya iqtisadiyyatı böhrandan çıxmaq üzrədir, lakin..."

“Dünya iqtisadiyyatı böhrandan çıxmaq üzrədir, lakin bir çox maneələrlə üzləşir, inflyasiya riskləri meydana gəlir, istehsal zəncirləri isə xaotikdir”.

Bunu Çin Xalq Respublikasının sədri Si Szinpin Dünya İqtisadi Forumunun təşkil etdiyi “Davos gündəliyi” virtual müzakirələr çərçivəsində bildirib.

Onun sözlərinə görə, enerji daşıyıcılarının çatışmazlığı riskləri mövcuddur, iqtisadiyyatın bərpa prosesindəki qeyri-müəyyənlik isə güclənir. Bununla belə, əsas məhsulların qiyməti artmaqda davam edir.

Çin lideri mürəkkəb inflyasiya risklərinin meydana gəldiyini, bununla belə, Çin rəhbərliyinin ölkənin iqtisadi inkişaf perspektivlərinə tam əmin olduğunu qeyd edib.

“Çinin ümumi iqtisadi inkişaf tendensiyası yaxşıdır. Ötən il ÜDM təxminən 8% təşkil edib. Nisbətən yüksək artım göstəriciləri və aşağı inflyasiya ilə bağlı məqsədimizin iki qatına nail olmuşuq”, - Si Szinpin deyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər