18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Vüsal Qasımlı: "Dünyada ərzaq inflyasiyası daha yüksəkdir"
Tarix: 18-01-2022 15:29 | Bölmə: İqtisadiyyat
Vüsal Qasımlı: "Dünyada ərzaq inflyasiyası daha yüksəkdir"

"2021-ci ildə Azərbaycanda iqtisadi artım 5,6% olub. Bu isə son 8 ilin ən yüksək göstəricisidir".

Reyting.az
xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycandakı iqtisadi artım dünyadakı orta göstəricidən yüksəkdir: "Beynəlxalq Valyuta Fondunun hesabatına görə, ötən il dünyada orta iqtisadi artım 5,5% olub. Bu, bir daha Azərbaycanın ötən il yüksək iqtisadi artıma nail olduğunu göstərir. Bunun əsas drayveri qeyri-neft sektorudur. 2013-cü ildən bu yana bu sektorda ən yüksək artım göstəricisi qeydə alınıb".

Mərkəz rəhbərinin sözlərinə görə, “2021-ci ildə Azərbaycanda inflyasiyanın 6,7%-ə, ərzaq inflyasiyasının isə 8%-ə çatmasının əsas səbəbi idxal edilən məhsullarının qiymətlərinin artmasıdır.

Vüsal Qasımlı bildirib ki, dünyada ərzaq inflyasiyası daha yüksək olub: “BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə, ötən il dünyada ərzaq məhsullarının orta illik inflyasiyası 25%-ə çatıb. Bizdə isə bu temp 3 dəfə azdır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər