18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanda neft hasilatının artımı proqnozlaşdırılır
Tarix: 20-01-2022 20:23 | Bölmə: İqtisadiyyat
Azərbaycanda neft hasilatının artımı proqnozlaşdırılır

Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2022-ci ildə 0,72 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə BEA məlumat yayıb.

Məlumata görə, 2021-ci ildə bu göstərici 0,7 milyon barel/sutkaya bərabər idi.

Agentliyin proqnozlarında bildirilir ki, 2022-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,71 milyon barel/sutka, ikinci və üçüncü rüblərində 0,72 milyon barel/sutka təşkil edəcək.

Qeyd edək ki, dördüncü rübün hasilatı ilə bağlı məlumat dərc edilməyib.

Hesabatda qeyd olunub ki, 2021-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka, ikinci rübündə 0,69 milyon barel/sutka, üçüncü və dördüncü rübündə 0,71 milyon barel/sutka təşkil edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər