18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
DSMF pensiyaya çıxmaq istəyənlərə müraciət edib
Tarix: 21-01-2022 12:18 | Bölmə: İqtisadiyyat
DSMF pensiyaya çıxmaq istəyənlərə müraciət edib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaya vaxtında çıxmaq istəyən şəxslərə müraciət edib.

Bu barədə qurumun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov məlumat verib.

“Bəzən vətəndaşlar hesab edirlər ki, yaşları tamam olubsa, onlara avtomatik qaydada əmək pensiyası təyin edilməlidir. Ancaq bu, belə deyil. "Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya kapitalı yığılarsa, avtomatik qaydada pensiya təyinatı olur. Əgər vətəndaş hesab edirsə ki, onun həmin dövrlər ərzində pensiya kapitalı varsa, 25 il və daha çox sığorta stajı varsa, qəbul şöbələrinə, DOST mərkəzlərinə müvafiq sənədlərlə müraciət edə bilər. Ona pensiya çıxmaq hüququnun olub-olmaması araşdırılaraq məlumat veriləcək", - o qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər