18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Neftin qiyməti 100 dollaradək artacaq
Tarix: 21-01-2022 18:24 | Bölmə: İqtisadiyyat
Neftin qiyməti 100 dollaradək artacaq

ABŞ-ın "Morgan Stanley" bankının analitikləri bu ilin III rübündə "Brent" markalı etalon neftinin bir barelinin qiymətinin 100 ABŞ dollarınadək artacağını proqnozlaşdırırlar.

Məlumata görə, öncə ekspertlər qiymətin 90 dollara yüksələcəyini gözləyirdilər.

Analitiklərin fikrincə, qlobal neft ehtiyatları əvvəlki ildə əhəmiyyətli dərəcədə azaldıqdan sonra, 2022-ci ilin sonunadək bir qədər də düşəcək.

Qeyd edək ki, hazırda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 1,22% azalaraq 1 barelə görə 87,3 dollar təşkil edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər