Azərbaycanda tikinti materiallarının istehsalı artıb
Tarix: 24-01-2022 20:31 | Bölmə: İqtisadiyyat
Azərbaycanda tikinti materiallarının istehsalı artıb

2021-ci ildə Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi də yəri 871,8 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 80,6 faiz artıb.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər.

Ötən il ərzində odadavamlı kərpiclər, bloklar, tavalar və oxşar saxsı tikinti məhsullarının istehsal 8,6 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 74,3 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 69,2 faiz, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 56,8 faiz, tikinti gipsinin istehsalı 47,9 faiz, tikinti kərpicinin istehsalı 57,3 faiz, sementin istehsalı 6,3 faiz, tikinti əhənginin istehsalı isə 4,4 faiz artıb.(Trend)




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}