18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Qazaxıstanın sosial fondundakı maliyyə 150 milyarda çatacaq
Tarix: 26-01-2022 10:32 | Bölmə: İqtisadiyyat
Qazaxıstanın sosial fondundakı maliyyə 150 milyarda çatacaq

Xeyriyyəçiliklə, sosial problemlərin həlli ilə məşğul olacaq “Qazaxıstan xalqına” Fonduna ianələrin toplanması davam edir.

“Sputnik-Qazaxıstan”ın məlumatına görə, “Qazaxmis” və “QazMinerals” kimi şirkətlər qrupları ölkə prezidenti Qasım-Comert Tokayevin təşəbbüsünə dəstək əlaməti olaraq, sosial fonda 25 milyard tenge vəsait köçürüblər.

Yeni yaradılan fond üçün bu, hələlik rekord məbləğ sayılır. Məlumatda o da qeyd olunur ki, yanvarın 20-dək Qazaxıstanın tanınmış sahibkarlarından, hüquqi və fiziki şəxslərindən daxil olan maliyyə vəsaitinin həcmi 19,5 milyard tengeyə yaxın idi. Həmin məbləğin böyük qismini “Kaspi Bank” SC-nin həmtəsisçiləri Vyaçeslav Kim və Mixail Lomtadze (10m milyard tenge), “Xalık” xeyriyyə fondu (2 milyard tenge), “Stepnoqorski dağ-kimyəvi kombinatı” QSC (350 milyon tenge) və başqa hüquqi şəxslər tərəfindən ayrılan ianələr təşkil edir. “Qazaxıstan xalqına” Fonduna pul köçürən müəssisələrin arasında Nursultan Nazarbayev Fondunun da adı var (500 milyon tenge).

“Qazaxıstan xalqına” Fondun rəhbəri Polat Jamişevin sözlərinə görə, yeni fonda daxilolmaların tezliklə 150 milyard tengeyə çatacağı gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər