18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dünya bazarında Azərbaycan nefti bahalaşır
Tarix: 27-01-2022 10:41 | Bölmə: İqtisadiyyat
Dünya bazarında Azərbaycan nefti bahalaşır

Azərbaycan neftinin dünya bazarında qiyməti 94 dollara yaxınlaşır.

Məlumata görə, dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 2,68 ABŞ dolları, yaxud 2,94 faiz artaraq 93,84 ABŞ dollarına çatıb.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Onu da qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər