18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Elman Rüstəmov: "Ölkənin valyuta ehtiyatlarını itirməsi təhlükəsi yaratmışdı"
Tarix: 28-01-2022 12:49 | Bölmə: İqtisadiyyat
Elman Rüstəmov: "Ölkənin valyuta ehtiyatlarını itirməsi təhlükəsi yaratmışdı"

"2015-ci ildə Azərbaycanda manatın məzənnəsini qorumaq üçün ölkənin valyuta ehtiyatlarında 10 milyard dollarlıq itki ilə bağlı Prezident İlham Əliyevin dedikləri tarixi faktdır".

Bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

"Həmin il manatın 2-ci devalvasiyasına qədər 10 milyard ABŞ dolları məbləğində vəsait məzənnənin sabir saxlanılmasına sərf olunub, amma yekunda yenə də milli valyuta ucuzlaşdırılıb. Biz çox da uzaq olmayan dövrdə ağır məqamalar yaşadıq və yaşamaqda da davam edirik. 2014-ci ilin iyun ayından başlayaraq qlobal iqtisadi böhran, neftin qiymətinin uzunmüddətli və kəskin düşməsi ölkənin tədiyyə balansında ciddi problemlər yaratdı. Həmin dövrdə ölkədə ciddi quruculuq işləri gedirdi. Dövlət büdcəsinə neft gəlirləri hesabına transferlər çox idi. Odur ki, neftin kəskin ucuzlaşması ölkənin valyuta ehtiyatlarını itirməsi təhlükəsi yaratmışdı", - deyə o, əlavə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər