18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Qarabağda fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilir
Tarix: 28-01-2022 12:57 | Bölmə: İqtisadiyyat
Qarabağda fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilir

Sahibkarlıq subyektlərindən işğaldan azad edilən ərazilərdə xidmət, logistika, istehsal sahələri üzrə fəaliyyət göstərməklə bağlı Sahibkarlığın İnkişafı Fonduna müraciətlər daxil olub.

Reyting.az
xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xaliyev Fondun fəaliyyətinin 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib ki, həm dövlət zəmanətli kredit, həm güzəştli kredit istiqamətində bu sahibkarlarlıq subyektlərinə dəstək göstərib.

O. Xaliyevin sözlərinə görə, Fondun qiymətləndirmə meyarı olaraq, işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən və yaxud da həmin ərazilərə uyğun işləri quran sahibkarlıq subyektlərinə xüsusi yanaşma tətbiq edilir: “Çalışırıq ki, onların müraciətlərini maksimum dərəcədə diqqətdə saxlayaq. Əlavə olaraq 2022-ci ildə işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət daxil olarsa, biz, birmənali şəkildə bu müraciətlərə müsbət baxacağıq. Güzəştli kreditlər üzrə bu sahibkarlıq subyektlərinin müraciətlərinin müsbət cavablandırılması istiqamətində lazımı addımlar atılacaq".

O. Xaliyev həmçinin əlavə edib ki, işğaldan azad olunan ərazilərlə bağlı Fond tərəfindən əlavə maliyyələşmə mexanizmləri üzrə təhlillər aparılır:

"Bu işlər aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Əyər bu proqram qəbul olunarsa, əlavə dəstək tədbiri kimi o sahibkarlıq subyektlərinə dəstək göstəriləcək".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər