18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Aİ-92 markalı benzin ucuzlaşacaq? - Hökumətdən yeni qərar
Tarix: 29-01-2022 17:29 | Bölmə: İqtisadiyyat
Aİ-92 markalı benzin ucuzlaşacaq? - Hökumətdən yeni qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, Azərbaycana idxal edilən Aİ-92 və ya daha çox, həmçinin Aİ-95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.

Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.

Bu qərar 2022-cu il 1 fevral tarixindən tətbiq olunacaq və iyunun 1-dək qüvvədə qalacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər