18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Avropaya ABŞ dollarına qarşı Çinlə birləşmək təklif olunur
Tarix: 30-01-2022 22:21 | Bölmə: İqtisadiyyat
Avropaya ABŞ dollarına qarşı Çinlə birləşmək təklif olunur

Tanınmış yazıçı Vladimir Videmann bəyan edib ki, bu gün dollar qlobal maliyyə sistemində üstün mövqeyə malikdir və heç bir ölkə təklikdə Amerika valyutası ilə bacara bilməz.

Ukrayna.ru nəşrinə müsahibə verən məşhur yazıçı Avropa ölkələrini Çinlə səylərini birləşdirməyə çağırıb: “Yalnız bu halda onlar ABŞ dolları üçün ciddi təhlükə yarada bilərlər”.

Hazırda xarici valyuta rezervlərindəki beynəlxalq maliyyə vəsaitinin 60 faizini dollar, 20 faizdən bir qədər çoxunu avro, cəmi 2 faizini isə Çin yuanının təşkil etdiyini açıqlayan cənab Videmann bu nisbətin mütləq dəyişilməsinin zəruriliyini önə çəkir. Nəşrin xəbərində o da qeyd olunur ki, bu bazarda rus rublunun payı statistik vahiddən də aşağı səviyyədədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər