18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dünya bazarında neftin və qazın qiyməti artır
Tarix: 01-02-2022 09:13 | Bölmə: İqtisadiyyat
Dünya bazarında neftin və qazın qiyməti artır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 0,46 faiz artaraq 1 barel üçün 89,67 dollara çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,45 faiz artaraq 88,55 dollar təşkil edib.

Neftlə yanaşı təbii qazın da qiymətində artım qeydə alınıb.

Reyting.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti yüksəlib.

Mart ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,1 faiz artaraq 4,958 ABŞ dolları təşkil edib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər