18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Qaz təchizatı ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə cərimələr artırılır
Tarix: 01-02-2022 13:40 | Bölmə: İqtisadiyyat
Qaz təchizatı ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə cərimələr artırılır

Azərbaycanda qaz təchizatı ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə cərimələr artırılır.

Reyting.az
xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının yerinə yetirilməməsinə görə, fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.

Hazırkı qanunvericiliyə əsasən isə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə olunur.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər