18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
KTN-nin bir qrup əməkdaşının maaşı artırılacaq - Fərman
Tarix: 01-02-2022 17:22 | Bölmə: İqtisadiyyat
KTN-nin bir qrup əməkdaşının maaşı artırılacaq

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin faiz gəlirlərinin bir hissəsi nazirliyin və agentliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf olunacaq.

Reyting.az
xəbər verir ki, bu, prezident İlham Əliyevin, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanına etdiyi dəyişiklikdə öz əksini tapıb.

Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmanda deyilir ki, müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kredit və lizinq vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş faizlərin xüsusi hesabda saxlanılan qalıq məbləği Kənd Təsərrüfatı Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, aylıq vəzifə maaşlarının 2 mislindən artıq olmayan məbləğdə əlavələrin və mükafatların verilməsinə, ştatdankənar vəzifələrə cəlb edilmiş əməkdaşların əməyinin ödənilməsinə, Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsinə, kredit təşkilatları ilə əməkdaşlığın təşkilinə, məlumatlandırma, reklam-təbliğat və marketinq işlərinin aparılmasına, Agentliyin səmərəli fəaliyyəti üçün göstərilən konsaltinq xidmətlərinin və digər xidmətlərin haqqının ödənilməsinə, habelə kənd təsərrüfatı layihələrinin və kreditlərinin idarə edilməsi sahəsində elmi-texniki potensialın artırılmasına sərf edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər