Ukrayna rus qazını üçüncü ölkələrdən alır
Tarix: 02-02-2022 09:22 | Bölmə: İqtisadiyyat
Ukrayna rus qazını üçüncü ölkələrdən alır

Ukraynanın Macarıstandan almağa başladığı təbii qaz Rusiya mənşəlidir. Bu barədə strana.ua nəşri məlumat yayıb.

Reyting.az
portalın özünün Telegram-kanalında yerləşdirdiyi xəbərdən sitat gətirir: “Ukrayna yenə həmin Rusiya qazını almaqda davam edəcək, amma artıq Slovakiya və Macarıstanın kimi vasitəçilərdən satın alacaq”.

Qeyd olunur ki, qazın nəqlinə başlanması Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya rəsmi səfəri ilə üst-üstə düşüb. Rusiya prezidenti Vladimir Putinlə görüşünün nəticələrindən danışarkən Baş nazir nəzərə çatdırıb ki, tərəflər Macarıstana əlavə 1 milyard kubmetr qazın nəqlinə dair razılaşmaya yaxındırlar. Onun sözlərinə görə, Kremlin sahibi qaz nəqlinin bu həcmdə artırılmasının Rusiya üçün “heç bir problem” yaratmayacağını deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}