Azərbaycan Avropanın etibarlı qaz təchizatçısı rolunda çıxış edəcək
Tarix: 03-02-2022 16:21 | Bölmə: İqtisadiyyat
Azərbaycan Avropanın etibarlı qaz təchizatçısı rolunda çıxış edəcək

Macar həmkarımla görüşdə ikitərəfli müstəvidə və çoxtərəfli platformalarda inkişaf edən əlaqələr müzakirə olunub.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında yüksək səviyyəli dialoq var: “Görüşdə strateji tərəfdaşlıq haqqında müzakirə aparılıb. İqtisadi sahədə əməkdaşlıq hər iki ölkə üçün uğurlu olub. Ümid edirik ki, 2022-ci ildə iqtisadiyyatlarımız inkişaf edəcək və iqtisadi əməkdaşlığımız daha da genişlənəcək. Enerji sahəsində də uğurlu əməkdaşlığımız var. Azərbaycan enerji tərəfdaşlığında Avropa ölkələri üçün etibarlı ölkə rolunu oynayıb”.

O diqqətə çatdırıb ki, Macarıstanın MOL şirkəti investisiya layihələrində iştirak edib: “Macarıstanın Azərbaycana marağı var. Cənubi Qaz dəhlizinin iclaslarında iştirak edir. Sabah da iştirak edəcəklər. Azərbaycan yeni reallıqlar fonunda Avropanın etibarlı qaz təchizatçısı rolunda çıxış edəcək və inanırıq ki, Macarıstan da bundan yararlanacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}