18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanda 168 günlük notlar yenidən dövriyyəyə buraxılıb
Tarix: 04-02-2022 16:07 | Bölmə: İqtisadiyyat
Azərbaycanda 168 günlük notlar yenidən dövriyyəyə buraxılıb

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) 168 günlük notlarını yenidən dövriyyəyə buraxıb.

Reyting.az
“Bakı Fond Birjası” QSC-yə istinadən xəbər verir ki, Birjada AMB-nin 50 milyon manatlıq, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca 9 investor qiymət intervalı 97,2763 manat (6%) və 98,172 manat (3,99%), ümumi məbləği isə 156,316 milyon manat olan 14 sifariş təqdim edib. Tələb təklifi üstələsə də, qiymət emitenti qane etmədiyi üçün yerləşdirmə 40% az – 30 milyon manat olmaqla baş tutub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 98,168 manat (4%) müəyyən olunub.

Beləliklə, hazırda AMB-nin dövriyyədə 700 milyon manatlıq notu var. Bunun 640 milyon manatlıq hissəsi 28 günlük notlar (6,1% illik gəlirliliklə), 30 milyon manatlıq hissəsi 84 günlük notlar (3,4% illik gəlirliliklə), 30 milyon manatlıq hissəsi isə 168 günlük notlardır (4% illik gəlirliliklə).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər