18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
“Çovdar” yatağı üzrə satılacaq qızıl ehtiyatı açıqlanıb
Tarix: 07-02-2022 13:00 | Bölmə: İqtisadiyyat
“Çovdar” yatağı üzrə satılacaq qızıl ehtiyatı açıqlanıb

Ötən illərdə AzerGold” tərəfindən aparılmış əlavə tədqiqat, kəşfiyyat və mədənin optimizasiyası işləri nəticəsində “Çovdar” yatağının oksid mərhələsi üzrə satılabiləcək qızıl ehtiyatı 179 min unsiyadan 212 min unsiyayadək yüksəldilib.

Bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Çovdar” yatağının oksid mərhələsi üzrə istismarı 2021-ci ilin aprel ayında tamamlanıb: “Eyni zamanda, hesabat ilində "Çovdar" yatağının sulfid mərhələsi üzrə oksid filizlərin istismarı nəticəsində 28 min unsiya hasilat işləri həyata keçirilir”.

O xatırladıb ki, fəaliyyətdə olduğu 5 il ərzində Cəmiyyətin ümumi hasilat göstəriciləri 255,6 min unsiya qızıl və 484,5 min unsiya gümüş təşkil edir.

Xatırladaq ki, “Çovdar” Filiz Emalı Sahəsinin bazasında müstəqil şəkildə istismarı səmərəsiz hesab edilən bir neçə yataqdan (“Ağyoxuş 2” “Ağyoxuş 3”, "Mərəh”, “Tülallar” və “Narçala” qızıl yataqları) hasil edilən filizlərin mərkəzləşdirilmiş qaydada, vahid istehsal sahəsində emal edilməsinə şərait yaradan İnteqrəolunmuş Emal Sahəsi yaradılır. Sözügedən sahənin yaradılması yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan həmin yataqların mərhələli şəkildə, səmərəlilik əmsalı yüksəldilməklə istismarına zəmin yaradıb.

Təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verilməsi planlaşdırılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər