18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Komitə sədrindən 90 min pensiyaçı barədə açıqlama: "Onlar 200 manat yardımı ala bilməyəcək"
Tarix: 11-02-2022 00:09 | Bölmə: İqtisadiyyat
Komitə sədrindən 90 min pensiyaçı barədə açıqlama: "Onlar 200 manat yardımı ala bilməyəcək"

Sığorta prinsipi ilə pensiya alanlara veriləcək 200 manatlıq maddi yardım pensiya alanların əksəriyyətinin pensiyasına əlavə ediləcək.

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə deyib.

O bildirib ki, bu yardım vəzifə maaşına əlavə alan pensiyaçılara şamil edilməyəcək: "O da təxminən 90 minə yaxın insandır. Yəni 1,1 milyondan çox pensiyaçıya şamil ediləcək. Maaşa əlavə alanlar sabiq deputatlar, hakimlər, prokurorlar, bəzi qrup hərbi qulluqçular, dövlət qulluğunun yuxarı dərəcələrində çalışanlardır. Onların pensiyaları yüksəkdir və ona görə də onlara bu 200 manat yardım şamil olunmayacaq".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər