18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Xidmət rəisi: "Su ehtiyatlarımız 10 faiz azalıb"
Tarix: 11-02-2022 17:14 | Bölmə: İqtisadiyyat
Xidmət rəisi: "Su ehtiyatlarımız 10 faiz azalıb"

"İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımızın 10 faiz azalması müşahidə edilir".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisiUmayra Tağıyeva “İqlim dəyişmələri, su və gender” mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, ölkəmizdə gələcəkdə də su ehtiyatlarının azalması proqnozlaşdırılır:

“Araşdırmalar göstərir ki, iqlim dəyişmələrinə qarşı ən həssas sektor məhz su sektorudur. Gələcəkdə baş verə biləcək ciddi su qıtlığı problemlərini azaltmaq üçün sudan səmərəli istifadəyə dair qərarların qəbul olunmasında qadınların daha fəal iştirakının təmin olunmasını dəstəkləyirik. Hazırda Azərbaycanda su ehtiyatlarının qiymətləndirilməsi və dəqiq uçotunun aparılması məqsədilə hidroloji şəbəkə avtomatlaşdırılır. Son iki il ərzində dövlət investisiyası çərçivəsində respublikamızın əsas çaylarında 25 ən müasir hidroloji avtomat stansiya quraşdırılıb".

U.Tağıyeva bu istiqamətdə işlərin davam etdirildiyini, 11 yeni stansiyanın quraşdırılmasının nəzərdə tutulduğunu bildirib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər